Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması davam etdiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Doğru.az-a bildirilib ki, bunun nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir.
“Bununla yanaşı, avtobus zolaqlarının uzunluğunun 160 kilometrə çatdırılması planlaşdırılır. Həmçinin avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2800-ə çatdırılması da nəzərdə tutulur. 2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq. Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub”, – deyə AYNA-nın yaydığı məlumatda bildirilir.
DOĞRU.AZ