"Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou tam məşqlərə qayıdıb.
90deqiqe.Az "Athletic"ə istinadən xəbər verir ki, səhhətindəki problemlərə görə 29 yaşlı futbolçunun bu mövsüm "Mançester Yunayted"də cəmi üç matçda meydana çıxıb.
Müdafiəçinin meydanda sonuncu çıxışı bu qışın ilk günündə olub. Təxminən iki ay sonra Luka komanda ilə məşqlərə qayıdıb.
Luke Şounun Rumıniyada FCSB ilə cümə axşamı Avropa Liqası matçında oynaya biləcəyini söyləmək çətindir. Daha əvvəl “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim demişdi ki, Şounun meydana qayıtması mərhələli olacaq.