AZ

Rövzət Qasımov: "Bu ana qədər seçki pozuntusu halı ilə bağlı şikayət daxil olmayıb"

"Bu ana qədər seçki pozuntusu halı ilə bağlı şikayət daxil olmayıb. Prosesdə seçici fəallığı müşahidə edilir".

hakimiyyet.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

Sədrin müavini qeyd edib ki, bu saata qədər MSK-ya 30-a yaxın zəng gəlib:

"Bu zənglər məlumat öyrənmək xarakterli olub. Sosial şəbəkə platformaları da MSK tərəfindən izlənilir, imeyl ünvanımıza gələn ismarışlar diqqətimizdədir. Neqativ hal olarsa, komissiya araşdıra bilər".

Məhərrəm Əliyev

Seçilən
26
hakimiyyet.az

1Mənbələr