AZ

Nəfəs darlığı və havasızlıq ürək çatışmazlığından şübhədir– Pulmonoloq


Çox gənclər artıq nəfəsinin sanki çatmamasından və qapalı yerlərdə və ya çox hərəkət etdikdə sinəsində ağırlıq və darlıqdan şikayət edir.


“Medicina” xəbər verir ki,pulmonoloq Sergey Babak təngnəfəsliyin nədən qaynaqlandığını açıqlayıb.


Həkim xəbərdarlıq edib ki, bir insanın nəfəs darlığı və tənəffüs çətinliyi şikayətləri varsa birinci növbədə ürək və ağciyərlər yoxlanmalıdır.


“Nəfəs darlığı hissi ürək çatışmazlığı fonunda tez-tez baş verən bir simptomdur. Bu vəziyyətdə qan bədəndə zəif dövr edir və oksigenin çatdırılmasını çətinləşdirir.


Təngnəfəslik hissi ağciyər alveollarının fəaliyyətinin pozulduğu və bronxların lümeninin daraldığı, KOAH, xroniki obstruktiv ağciyər xəstəliyinin əlamətidir. Bu pozğunluq nəticəsində ağciyərlər daha az oksigen alır və bu da nəfəs darlığına səbəb olur.


Eləcə də nəfəs darlığı stress və təşvişə bağlı ola bilər. Böyük gərginlik, narahatlıq və ya qorxu vəziyyətində insanın daha tez-tez nəfəs alması “stressli nəfəs” növü baş verir”.

Bundan öncə də pulmonoloq Aleksandr Puryasev xəbərdarlıq etmişdi ki, insanlarda təngnəfəslik hipertoniya və qalxanabənzər vəzin disfunksiyası kimi ciddi pozğunluqlardan yarana bilər.

Aygün Musayeva


Seçilən
10
medicina.az

1Mənbələr