AZ

UEFA Mourinyonu cəzalandırdı: komandanın yanında olmayacaq

UEFA Avropa Liqası Liqa mərhələsinin 8-ci turundan öncə cəzaları açıqlayıb.

Sportal.az xəbər verir ki, qurum "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin cəzalanmasına səbəb 7-ci turun "Lion"la matçının (0:0) ikinci hissəsinə komandasını gec çıxarması səbəb olub. Mourinyo Liqa mərhələsinin son oyununda komandasının yanında olmayacaq.

Qeyd edək ki, "Fənərbaxça" 8-ci tur çərçivəsində Danimarkada "Midyullan"ın qonağı olacaq. Qarşılaşma sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

saytlarin hazirlanmasi

Seçilən
19
sportal.az

1Mənbələr