Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG "lider"lərindən biri Sözdar Afrini Suriyada zərərsizləşdirib.
Publika.az xəbər verir ki, PKK/YPG-nin maliyyə strukturunda idarəçi vəzifədə çalışan Sözdar Afrin MİT-in hədəf siyahısında idi. MİT-in apardığı kəşfiyyat işləri nəticəsində yeri müəyyən edilən terrorçu addım-addım təqib edilib.
Şərtlərin yerinə yetirildiyi ən uyğun zamanda Suriyada Rumeylan-Malikiye yolunda aparılan nöqtə əməliyyatı ilə PKK/YPG üzvü zərərsizləşdirilib.
Sözdar təşkilata 2012-ci ildə qoşulub. O, təşkilatın Suriya administrasiyası olan Rojava Katibliyində iştirak edib. Bir müddət Qəndildə fəaliyyət göstərdikdən sonra Suriya bölgəsinə köçüb. Təşkilatın qadın strukturu olan PKK/YPJ-nin sözçüsü vəzifəsində çalışıb.