İspaniyada taksi sürücüləri sığorta qiymətlərinin artmasına görə kütləvi etiraz aksiyası keçiriblər.
Bu barədə “Elite Taxi Barcelona” assosiasiyası məlumat yayıb.
“Taksi sürücüləri sığorta qiymətlərinin 300 % artmasına etiraz olaraq Barselonanın “El-Prat” hava limanında etiraz aksiyası keçirirlər”, – məlumatda qeyd olunur.
Bundan başqa, etirazçılar “Uber”, “Cabify” və “Bolt” kimi şirkətlərin onlayn özəl sərnişin daşıma xidmətlərinə qarşı çıxırlar.