AZ

Ərdoğan gəlir: Şuşada Türkiyə konsulluğu açılacaq?

Bu günlərdə Türkiyənin Azərbaycandakı səfirinin mətbuata açıqlamasında bildirildi ki,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.  Səfər çərçivəsində Türk liderin Xocalıya səfər edəcəyi və iş adamları ilə görüşünün baş tutacağı da vurğulanıb. Yerigəlmişən Şuşada və ya Xankəndində Türkiyə konsulluğunun açılması mözvusu da dəfələrlə gündəmə gəlib. Hətta Şuşaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə fikir bildirmişdi. O qeyd etmişdi ki, biz Türkiyə olaraq Şuşada ən qısa zamanda baş konsulluq açmağı planlaşdırırıq.  Daha sonra bu ilin may ayında Türkiyə səfiri Cahid Bağçı da jurnalistlərə açıqlamasında bildirmişdi ki,  Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır. Biz Şuşada konsulluq açmaq üçün müraciət etmişdik. Bu məsələ ilə bağlı danışıqlar da iki dövlət arasında aparılır, dövlətimiz də bu məsələni dəyərləndirir, zamanı gələndə açılacaq.


Rəcəb Tayyib Ərdoğanın fevral ayında Azərbaycana səfəri ilə Qarabağda Türkiyə konsulluğunun açılması ehtimalı nə dərəcədə real görünür? Ümumiyyətlə Qarabağda Türkiyə konsulluğunun fəaliyyətə başlaması Azərbaycan üçün hansı perspektivləri vəd edir?


Mövzu ilə bağlı millət vəkili Bəhruz MəhərrəmovReferans.az" target="_blank"> Referans.az-ın suallarını cavablandırıb. Millət vəkili bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq münasibətlər sistemində analoqu az müşahidə olunan unikal nümunədir. Xüsusən Şuşa Bəyannaməsi ilə özünün yeni mərhələsinə qədəm qoyan əlaqələrimiz bu gün faktiki olaraq hər iki ölkənin maraq və mənafelərini əhatələməklə bütövlükdə regionda sülh, təhlükəsizlik, inkişaf və əməkdaşlıq mühiti üçün qarant rolunu oynamaqdadır. Qarşılıqlı şəkildə səfirliklərlə yanaşı Azərbaycanın Türkiyə, Türkiyənin isə Azərbaycanın bir sıra Baş Konsulluqları fəaliyyət göstərir.



Deputat eyni zamanda onu da vurğulayıb ki, qarşılıqlı olaraq yeni Baş Konsulluqların açılması məsələsinin isə konstitsion və aidiyyəti sahəvi qanunlarda normativ əsasları mövcuddur və dövlətlərimiz qarşılıqlı razılıqla bu istiqamətdə konkret addımlar atmaqda tam şəkildə suveren haqlara malikdir. Bu mənada Qarabağ və Şərqi Zəngəzurun istənilən şəhərində analoji addımın atılması yuxarı rəhbərliklərin bu istiqamətdə siyasi iradəsindən aslıdır və cari məsələdə praqnozlarla çıxış etmək doğru olmaz.



Əsas olan ölkələrimizin bütün istiqamətlərdə və bütün platformalarda faktiki vahid mövqedən çıxış etməsi əlaqələrimizin günü-gündən yüksələn xətlə inkişaf etməsidir və nəticə etibarı ilə bu gün Azərbaycan və Türkiyənin əməkdaşlığı arıtq yalnız regional yox, qlobal güc indeksinə təsir edən amil çıxış etməkdədir.  




"Əsas olan ölkələrimizin bütün istiqamətlərdə və bütün platformalarda faktiki vahid mövqedən çıxış etməsi əlaqələrimizin günü-gündən yüksələn xətlə inkişaf etməsidir və nəticə etibarı ilə bu gün Azərbaycan və Türkiyənin əməkdaşlığı artıq yalnız regional yox, qlobal güc indeksinə təsir edən amil olaraq çıxış etməkdədir", - deyə millət vəkili qeyd edib.



Bünyamin Bünyadzadə

Referans.az" target="_blank">Referans.az

Seçilən
11
referans.az

1Mənbələr