Elm adamları yuxunun REM (sürətli göz hərəkəti) mərhələsinə keçməkdə çətinliklərin Alzheimer xəstəliyinin əlaməti ola biləcəyini müəyyən ediblər.“Science Daily”nin məlumatına görə, tədqiqatçılar orta yaşı 70 olan və yarısına daha əvvəl Alzheimer diaqnozu qoyulmuş 128 nəfəri klinikada yatıraraq müşahidə ediblər.Tədqiqatçılar subyektlərin beyin dalğalarının fəaliyyətini, ürək döyüntülərini və tənəffüs nümunələrini ölçüblər.Tədqiqatçılar subyektləri yuxu görmənin başladığı REM mərhələsinə keçmək üçün sərf etdikləri vaxta görə iki qrupa ayırıblar. Yuxuya getdikdən sonra REM mərhələsinə 98 dəqiqədən az müddətdə çatanlar "erkən", REM mərhələsinə 193 dəqiqədən çox çatanlar isə "gec" kateqoriyasına aid edilib.Araşdırma nəticəsində yuxunun REM mərhələsinə gec çatan insanlarda daha öncə Alzheimer xəstəliyi diaqnozu qoyulmuş olma ehtimalının daha yüksək olduğu müəyyən edilib.Tədqiqatçılar yuxu apnesi və həddindən artıq spirt istehlakından qaçınmaq kimi vəziyyətlərin müalicə edilməsinə çağırıblar və yuxunun REM mərhələsinə əhəmiyyət verilməsi lazım olduğunu vurğulayıblar.Araşdırmanın nəticələri "Alzheimer's Association" jurnalında dərc olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta