ABŞ prezidenti Donald Tramp seçkiqabağı vədlərindən birini yerinə yetirməyə – qanunsuz miqrantların ölkədən çıxarılmasına başlayıb.
FED.az xəbər verir ki, artıq ABŞ-ın Miqrasiya Xidməti ölkədən çıxarılacaq. Miqrantların sayını elan edib – 1 milyon 445 min 549 nəfər.
Ölkədən qovulacaq miqrantların böyük hissəsi Amerikaya qonşu və Latın Amerikası ölələrindəndir.
Belə ki, ölkədən çıxarılanlar arasında Braziliya (39 min nəfər), Kolumbiya (28 min nəfər), Kuba (42 min nəfər), Ekvador (31 min nəfər), Dominikan (13 min nəfər), Salvador (204 min nəfər), Qvatemala (253 min nəfər), Honduras (252 min nəfər), Haiti (33 min nəfər), Meksika (252 min nəfər), Nikaraqua (46 min nəfər), Peru (13 min nəfər) və Venesuela (23 min nəfər) vətəndaşları var.
Bundan başqa, ABŞ-dan Çin vətəndaşı olan 37 min nəfər, Hindistan vətəndaşı olan 18 min nəfər çıxarılacaq.
Avropa ölkələri arasında ABŞ-dan ən çox deportasiya olunacaq şəxslə Rumıniya vətəndaşlarıdır - 4500 nəfər. Qonşu Türkiyənin 3100 vətəndaşı, İranın isə 2600 vətəndaşı da ABŞ-dan çıxarılacaq şəxslər arasındadır.
MDB ölkələrinə gəlincə, ABŞ-dan ən çox Rusiya vətəndaşları çıxarılacaq – 3500 nəfər, Ermənistan vətəndaşlarının sayı 2800 nəfərdir.
Bu qərarla ABŞ-da yaşayan 709 Azərbaycan vətəndaşı da ölkədən çıxarılacaq. Bundan başqa, siyahıda Gürcüstanın 833 vətəndaşı, Belarusun 323 vətəndaşı, Moldovanın 279 vətəndaşı, Estoniyanın isə 94 vətəndaşı da var.