“Latsio” “Torino”nun yarımmüdafiəçisi İvan İliçi transfer etməmək qərarına gəlib.
Futbolpress.az xəbər verir ki, “qartallar”ın rəhbərliyi komandanın baş məşqçisi Marko Baroninin serbiyalı futbolçuya marağına baxmayaraq, bu transferi istəmir. Bunun səbəbi kimi isə 23 yaşlı oyunçunun tez-tez zədələnməsi göstərilir. Ona görə də klub meydanda stabil olmayan yarımmüdafiəçi üçün 20 milyon avro civarında təklif edərək riskə getmək istəmir.
İliçin əvəzinə “Latsio” diqqətini “Çelsi”nin italyalı yarımmüdafiəçisi Sezade Kasadeiyə yönəldib.