Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
“Yeni Gundem” xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 17:00-a qədər respublika üzrə 1 715 291 nəfərin səs verdiyini, seçici fəallığının 28,77% faiz olduğunu bildirib.
Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.