Ölkəmizin ən gənc insan kapitallarından olan UNEC-in 2-ci kurs tələbəsi Amin Zərbaliyevin "Dünya İqtisadiyyatı" kitabı nəşr olunub.
AzEdu.az xəbər verir ki, kitabın elmi redaktoru İqtisad üzrə fəlsəfə doktoru Maqsud Mirzəyev, elmi rəyçisi Azərbaycanın əməkdar Tərəqqi medalı müəllim Məhəmmədəli Rasulovdur.
Amin Zərbaliyev 17 iyul 2006-cı ildə Kürdəmir rayonunda anadan olub. O, 2012-ci ildə Cabbar Əsgərov adına Sığırlı kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Məktəb dövründə intellektual oyunlarda komandası ilə bir çox rayon və region yarışlarında iştirak edib. O, həmçinin Respublika Fənn Müsabiqəsinin mükafatçısı və Coğrafiya üzrə Respublika Fənn Olimpiadasının gümüş medalçısıdır. 2023-cü ildə məktəbi əla qiymətlərlə bitirərək UNEC Türk Dünyası İqtisad fakültəsinin iqtisadiyyat ixtisasına qəbul olunub.
Aminin peşəkar həyatı çox sayda təcrübə və uğurla zəngindir. O, 20 sentyabr 2023-cü ildən 10 aprel 2024-cü il tarixinə qədər UNEC tələbə gənclər təşkilatında koordinator və layihə meneceri vəzifələrində çalışıb, bir çox layihənin müəllifi olub. 15 noyabr 2023-cü ildən 15 yanvar 2024-cü ilə qədər ASAN Xidmətin Master 1 pilləsində könüllü fəaliyyətini uğurla tamamlayıb. Həmçinin, 2024-cü ilin mart-aprel aylarında Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar üzrə Dövlət Agentliyində Master 2 pilləsində çalışıb. "Baku Zoo"da könüllü fəaliyyətini uğurla yekunlaşdırıb.
Aminin beynəlxalq fəaliyyəti də diqqətəlayiqdir. O, 1 avqust 2024-cü ildən 12 sentyabr 2024-cü ilədək AIESEC-in Beynəlxalq təcrübə proqramına qəbul olunaraq, ölkəmizi dünya səhnəsində tanıdıb və bu layihəni müvəffəqiyyətlə tamamlayıb. Hazırda Statistika Komitəsində təcrübə keçir və UNEC Rəqəmsal Könüllülər Təşkilatında Sədr müavini olaraq fəaliyyət göstərir. Bununla yanaşı, UNEC EKO İDEA yarışında universitet üzrə birinci yerə çıxıb və Texno.Tv xəbər texnoloji məlumat səhifəsini yaradıb.
Aminin elmi fəaliyyətləri də zəngindir. O, müxtəlif mövzularda məqalələr yazıb, o cümlədən:
Azərbaycanın xarici ticarət istiqamətləri
Yaşıl iqtisadiyyatın sosial və siyasi təsiri
COP-29-un Qafqaz və Azərbaycanda yaratdığı təsirlər
İqlim dəyişmələrinə qarşı mübarizədə mühüm platformalar
Amin Zərbaliyevin ən mühüm nailiyyətlərindən biri də 20 yanvar 2025-ci ildə çap olunan “Dünya İqtisadiyyatı” kitabıdır. Kitabın elmi redaktoru iqtisad üzrə fəlsəfə doktoru Maqsud Mirzəyev, elmi rəyçisi isə əməkdar müəllim, tərəqqi medalı sahibi Məhəmmədəli Rasulovdur. Amin, həmçinin Tailanda keçiriləcək "6th International Conference on Multidisciplinary and Current Educational Research (ICMCER-2025)" beynəlxalq konfransına dəvət alan yeganə tələbə olub.
AİESEC-in Beynəlxalq prezidenti Ana Fernandes
Kürdəmir rayon İcra başçısı Elxan İbrahimov
Elm və Təhsil Naziri cənab Emin Əmrullayev
UNEC-in rektoru cənab Ədalət Muradov
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev
UNEC Türk Dünyası İqtisad fakültəsinin dekanı Mehmet Yüce
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev
UNEC THİK sədri İlkan Əliyev
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Kariyera rəhbəri Toğrul Ələkbər
İş adamları cəmiyyətinin sədri Tural Mustafayev