İsrail 48 saat ərzində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) fəaliyyətini tamamilə qadağan edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi David Mentzer məlumat verib.
O qeyd edib ki, agentlik İsrailin milli təhlükəsizliyinə təhlükə yaradır.
“Siz suveren dövlətdən düşmənlərini maliyyələşdirən bir qurumun öz ərazisində fəaliyyət göstərməsinə icazə verməsini tələb edə bilməzsiniz”, - deyə İsrail Nazirlər Kabinetinin sözçüsü bildirib.
Onun sözlərinə görə, UNRWA fələstinlilərə kömək etməklə deyil, terrorizmi maliyyələşdirməklə məşğul olub.