Bakı, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın nümayəndə heyəti ilə görüş keçirib.
TurkicWorld xəbər verir ki, Prezident Ərdoğan HƏMAS nümayəndə heyətini Prezident sarayına qəbul edib.
Belə ki, görüşdə xarici işlər naziri Hakan Fidan, MİT sədri İbrahim Kalın, Prezidentin kommunikasiya direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və prezidentin özəl katibi Həsən Doğan da iştirak edib.