AZ

Bakının şərtinə gözlənilməz cavab: Erməni deputatla bağlı qərarın arxasında nə var?

Ermənistan Milli Assambleyasının hakim "Mülki müqavilə" fraksiyasının deputatı Arusyak Culhakyanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilməsi müzakirələrə səbəb oldu. Culhakyan bu barədə öz sosial şəbəkə hesabındakı paylaşımda məlumat verib. O, namizədliyinin irəli sürülməsi və dəstəklənməsinə görə Ermənistan nümayəndəliyinə təşəkkürünü bildirib.

Ekspertlərin fikrincə, bu addım Azərbaycan və AŞPA arasında onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsi ilə nəticələnəcək.

Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakını bərpa etməsi ehtimalı varmı? Culhakyanın təyinatı hazırkı vəziyyətə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, Arusyak Culhakyan və ya başqa bir erməninin Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilməsinin heç bir əhəmiyyəti yoxdur:

"Çünki bir ermənidən asılı olmayaraq, onsuz da AŞPA-nın mahiyyəti bizim üçün bəllidir. Bu təşkilat açıq şəkildə Ermənistanın maraqlarını müdafiə edir. Azərbaycana qarşı mənfi münasibət də məhz buradan qaynaqlanır.

Fikrimcə, AŞPA-nın fəaliyyətində hər hansı ciddi dəyişiklik olmayacaq. Ümumiyyətlə, ermənilər bu kimi məsələlərdə hansısa bir mövqe tutmaqla Azərbaycana təsir edə bilməzlər. Arusyak Culhakyanın AŞPA-nın vitse-prezidenti seçilməsi təşkilatın ali dəyərlərindən uzaq olduğunu göstərir.

Azərbaycanın AŞPA-ya qayıtmaq üçün konkret şərtləri var. Hər hansı bir şəkildə bu şərtlər yerinə yetirilməzsə, Bakının mövqeyində dəyişiklik olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr