Avropa İttifaqının səfirlərinin Ermənistandakı missiyası iki il uzadılıb.
APA xarici mediaya istinadən xəbər verir ki, avropalı müşahidəçilər 2027-ci il fevralın 19-dək Ermənistanda qalacaqlar.
Qeyd edək ki, missiya üzvlərinin sayı və tərkibi dəyişməyib. Hazırda missiyaya 165 beynəlxalq və 44 yerli müşahidəçi daxildir.