AZ

"DeepSeek" məlumat oğurluğunda ittiham olunur

"Microsoft" və "OpenAI" Çinin "DeepSeek" süni intellekt plarformasını məlumatları oğurlamaqda ittiham ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, 2024-cü ilin payızında "Microsoft" mütəxəssisləri "DeepSeek" ilə əlaqəli olduğu iddia edilən şəxslər tərəfindən "OpenAI" API vasitəsilə kütləvi məlumatların çıxarılmasını qeydə alıblar. Tədqiqatçıların fikrincə, bu, API istifadə limitlərini aşmaq və "OpenAI"nin xidmət şərtlərini pozmaq cəhdi kimi qiymətləndirilə bilər.

Bundan əlavə ABŞ prezidentinin süni intellekt üzrə keçmiş müşaviri Devid Saks bildirib ki, "DeepSeek"in "OpenAI" modellərinin nəticələrindən istifadə etdiyinə dair şübhələr üçün əsaslar var. O iddia edib ki, "DeepSeek" "OpenAI" modellərindən əldə edilən bilikləri "R1" yaratmaq üçün birbaşa istifadə edib.


Müəllif: Arzu
Seçilən
32
38
teleqraf.com

10Mənbələr