"Bələdiyyə seçkilərində insanlar fəal iştirak etdi".
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, seçkilər Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun baş tutub və quruma indiyə qədər rəsmi müraciət daxil olmayıb:
"Hazırda MSK-ya pozuntularla bağlı şikayət daxil olmayıb. Seçkilər ideal olmasa da, yüksək səviyyədə keçirilib. Qaynar xəttimizə 35-dək müraciət daxil oldu və bunların əksəriyyəti məlumat xarakterli idi. Bundan başqa, şikayət daxil olmadan belə, gedən prosesləri izləmişlik".
Müəllif: Teleqraf.com