"Liverpul"un baş məşqçisi Stiven Cerrard tezliklə işsiz qala bilər.
90deqiqe.Az "Transfer News Live"ə istinadən xəbər verir ki, Cerrard “Əl-İttifaq”ın baş məşqçisi vəzifəsindən qovulmaq təhlükəsi ilə üzləşib. “Əl-İttifaq”ın Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi son 14 matçı götürsək, komanda cəmi iki qələbəni bayram edib.
Cerrardın komandası hazırda Pro Liqanın turnir cədvəlində 12-ci yerdədir. Stiven Cerrard 2023-cü ilin yayından “Əl-İttifaq”ın baş məşqçisidir. Komandanın sükanı arxasında keçirdiyi 55 oyunda Cerrard 19 qələbə, 16 heç-heçə və 20 məğlubiyyəti qeyd edib.