AZ

Tərtərdə 115 yaşlı nənənin evinə daşınan seçki qutusu aparılıb

Tərtər rayonunun ən yaşlı seçicisi, İrəvanlı kənd sakini 115 yaşlı Səriyyə Cavadova bələdiyyə seçkilərində səs verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səriyyə Cavadova səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyinə görə səsvermədə iştirak etmək üçün evinə daşınan seçki qutunun gətirilməsini istəyib. Onun müraciəti əsasında evə səyyar seçki qutusu gətirilib və Səriyyə nənə səs verib.

“Əvvəllər bütün seçkilərdə özüm gedib səs verirdim. Son illərdə yaşımla, səhhətimlə əlaqədar gedə bilmədiyim üçün evdə səs verirəm. Ömür vəfa etsə, bundan sonrakı seçkilərdə də iştirak edəcəyəm”, - deyə 115 yaşlı Səriyyə Cavadova bildirib.

Qeyd edək ki, 98 saylı Bərdə-Tərtər seçki dairəsində seçicilərin 6 nəfərinin yaşı 100-dən yuxarıdır. 61 saylı seçki məntəqəsində qeydə alınmış 115 yaşlı Səriyyə Cavadova dairə üzrə ən yaşlı seçicidir.

Seçilən
2
2
yeniazerbaycan.com

3Mənbələr