AZ

"Rusiya günahını etiraf etmək əvəzinə, qarayaxma kampaniyası aparır"- POLİTOLOQDAN AÇIQLAMA

Yanvarın 27-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edildi.

"Səfirlərin Xarici İşlər Nazirliyinə dəvət olunması, müxtəlif görüşlərin keçirilməsi, mövqelərin mübadiləsi normal diplomatik praktikadır".

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilməsinə isə belə münasibət bildirdi.

Ötən gün isəRusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olundu.Görüş zamanı Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

Ümumiyyətlə nəzər salsaq görərik ki, son günlər Rusiya mediası Azərbaycana yönəlik yalan, yanlış məlumatlar paylaşır, təyyarə qəzası ilə bağlı uydurma versiyalar irəli sürürlər. Görünən odur ki, Rusiya AZAL-a məxus təyyarə qəzası ilə bağlı günahını etiraf etmək, öz mətbu orqanlarında hadisə ilə bağlı qərəzli və yalan məlumatlara son qoymaq əvəzinə, səfirimizi XİN-ə çağırıb Azərbaycanı ittiham edir.

Maraqlıdır görəsən bu cür addımlar 2 ölkə arasındakı münasibətlərə necə təsir edəcək? Ümumiyyətlə Rusiya niyə günahını boynuna almaq istəmir? Suallarımıza politoloq Turab Rzayevlə cavab tapmağa çalışdıq. Turkustan.az-a açıqlama verən politoloq bildirdi ki, 2 ölkə arasında münasibətlər son 30 ilin ən gərgin dövrünü yaşayır.

Rusiya açıq şəkildə Azərbaycana məxsus sərnişin təyyarəsini vurdu. Bundan sonra isə Azərbaycan əleyhinə davamlı olaraq addımlar atmağa başladı. Biz düşünürdük ki, Rusiya Azərbaycandan üzr istəyəcək, kompensasiya ödəyəcək, cinayət işi açılacaq. Ancaq tam tərsini gördük. Rusiya Azərbaycanı günahlandırır, hətta rəhbər orqanlarımızı təhqir etməkdən, ölkəmizə təzyiq etməkdən belə çəkinmirlər. Rusiya Federal Təhlükəsizlik xidmətinə yaxın mənbələr bir az da irəli gedərək Azərbaycana sərt mesajlar göndərir, xəyanətdə ittiham edirlər. Azərbaycan da öz növbəsində bu addımları cavabsız qoymur. Rusiyanın burada təsir imkanlarına malik olan məkanlarını açıq şəkildə ifşa edir, Ermənistanla, Qarabağla bağlı planlarını ortaya qoyur.

Hətta ölkə rəhbəri son çıxışında bildirdi ki, Qarabağ xanı İbrahimxəlil xanın Rusiya ilə yaxın münasibətlər qurmasına baxmayaraq, ruslar tərəfindən öldürüldü. Prezident bunu Lisaneviçin xəyanəti kimi qiymətləndirdi. Xankənində olan hərbi əməliyyatlar, Naxçıvan üzərində baş verən vertolyot qəzası Rusiyanın Azərbaycanın mövqeyini nəzərə almadığını, işğalçılıq fəaliyyəti ilə məşğul olduğunu ortaya qoyur. Eyni zamanda biz ciddi şəkildə informasıya mübarizəsi aparırırq. Məhz buna görə də səfirimiz Rusiya XİN-ə çağırıldı.

Təyyarə qəzasına qalanda isə açıq-aşkar görünür ki, Rusiya öz günahını boynuna almaq istəmir. Ona görə də informasiya təxribatı aparır, Azərbaycanı hədəf göstərməyə çalışır. Rusiya bu məsələdə Brazilyadan da dəstək almağa çalışır, eləcə də Qazaxıstana təzyiqlər edərək məlumatların təhrif olunmasına çalışır. Hər 3 ölkə bu məsələdə Azərbaycana qarşı birləşsə belə, Azərbaycan tərəfi bununla razılaşmayacaq. Çünki artıq məlumdur ki, bizim təyyarə vurulub və buna görə üzr istənməli, kompensasiya ödənilməli və cinayət işi açılmalıdır. Necə ki, daha öncə biz bunu onlara qarşı etdik!

Turab

Aytən Yaşar/ Turkustan.az

Seçilən
3
30
turkustan.az

10Mənbələr