Türkiyədə özünü öldürmək istəyən şəxs ona dönər alınmasından sonra fikrindən yayınıb.
Hurriyyet.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müxtəlif bəhanələrlə 231 dəfə həyatını sonlandırmağa cəhd edən şəxsin 232-ci cəhdi Antalyada olub.
Polis məmurunun ona dönər almasından sonra Hasan İ. adlı şəxs qərarından daşınıb. O, həmçinin polisə dişlərini düzəltdirməyə kömək edilməsini istəyib. Polis məmurunun ona söz verməsindən sonra isə damdan enməyə razılaşıb.
Məlum olub ki, Hasan İ. Manavqatda işlədiyi oteldən pulunu ala bilmədiyi üçün belə bir addım atıb.
Gənc oğlan polisin israrları nəticəsində təxminən 1 saat sonra əlindəki bıçağı və şüşəni yerə qoyub və boynuna doladığı ipləri açıb.
Hasan İ-nin "özümü yandıracağam" deyib göstərdiyi şüşənin içərisindəki mayenin isə sidik olduğu üzə çıxıb.
Vətəndaşlar bu vəziyyətə həm təəccübləniblər, həm də gülərək reaksiya veriblər.
Sözügedən şəxsin Türkiyənin müxtəlif bölgələrini gəzərək özünü öldürməyə çalışdığı üzə çıxıb.
Ölke.Az