Keyfiyyətli yuxu sağlam həyat tərzinin vacib hissəsidir. Yetərli və dərin yuxu bədənin enerjisini bərpa etməsinə və beyin funksiyalarını yaxşılaşdırmasına kömək edir. Yuxusuzluq stress, qeyri-sağlam vərdişlər və fiziki problemlərlə bağlı ola bilər. Yuxu rejiminizi yaxşılaşdırmaq üçün bəzi faydalı addımlar ata bilərsiniz.
E-saglam.az xəbər verir ki, gecə saatlarında ekran istifadəsini məhdudlaşdırmaq vacibdir, çünki mavi işıq yuxu hormonu olan melatoninin ifrazını azaldır.
Yatmazdan əvvəl gün planınızı yazmaq beyninizi sakitləşdirə və daha rahat yatmağa kömək edə bilər. Saat 12:00-dan sonra kofeinli içkilərdən uzaq durmaq yuxu keyfiyyətini artırır.
Yataq otağının temperaturunu 18°C civarında saxlamaq daha dərin və rahat yuxuya səbəb olur.
Alkoqoldan uzaq durmaq, xüsusilə də gecə istehlakını azaltmaq yuxunun keyfiyyətini yüksəldir.
D vitamini yuxu rejimində mühüm rol oynayır, buna görə də çatışmazlıq varsa, həkim məsləhəti ilə əlavə qəbul edilə bilər.
Maqnezium və sinklə zəngin qidalar yuxunu dəstəkləyir. Maqnezium üçün ispanaq, avokado və toxumlar, sink üçün isə ət, pendir və qara şokolad istehlak edə bilərsiniz.
Gündəlik fiziki fəaliyyət, meditasiya və rahatladıcı çaylar da yuxu problemlərini həll etməyə kömək edə bilər. Rahat və sakit bir mühit yaratmaq yuxunun keyfiyyətini artırmaq üçün vacibdir.
Tərcümə: Könül Oruc