AZ

Cəzaçəkmə müəssisələrində səsvermə keçirilib, ömürlük məhkumlar da səs veriblər

Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilən məhkumlar və həbs edilən şəxslər, həmçinin Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular səs veriblər.

Bu barədə Ədliyyi Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə bütün digər seçki məntəqələrində olduğu kimi, Penitensiar xidmətin tabe qurumlarında da əlverişli seçki mühiti yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub:

"Məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər. Səsvermə prosesi müşahidəçilər tərəfindən izlənilir".

Seçilən
17
12
aznews.az

10Mənbələr