AZ

ABŞ-ın yeni baş prokuroru...

ABŞ Senatının Ədliyyə Komitəsi Ədliyyə Nazirliyinə də rəhbərlik edən Pem Bondinin ABŞ Baş Prokurorluğuna namizədliyini dəstəkləyib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, komitədə olan 12 respublikaçının hamısı Bondinin namizədliyinin lehinə, 10 demokrat senator isə əleyhinə səs verib.

İndi o, Senatın tam tərkibi tərəfindən təsdiqlənməlidir.

“Pem Ədliyyə Nazirliyini öz əsl məqsədinə - cinayətlə mübarizə aparmaq və Amerikanı daha təhlükəsiz etmək məqsədinə qaytaracaq”, - ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi.

Qeyd edək ki, Pem Bondi Florida ştatının baş prokuroru vəzifəsində çalışan ilk qadın olub (2011-2019-cu illər). O, həmçinin 2020-ci ilin yanvarında ABŞ Nümayəndələr Palatası prezidentə səlahiyyətdən sui-istifadə və Konqresin təhqiqatına maneçilik törətdiyinə görə impiçment elan etdikdən sonra Senatdakı məhkəmə prosesində Trampı müdafiə edən komandanın tərkibində yer alıb.

Seçilən
12
ikisahil.az

1Mənbələr