AZ

Ukraynadan Səudiyyə Ərəbistanına üz tutdu

Kiyev "Dinamo"sunun və Ukrayna millisinin qapıçısı Georgi Buşçan karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə,30 yaşılı qolkiper bundan sonra "Əl-Şəbab"da çıxış edəcək. Kiyev təmsilçisi qapıçının satışından 3 milyon avro qazanıb. Buşçan yeni klubu ilə iki il yarım müddətinə müqavilə imzalayıb.

Bu mövsüm qapıçı "Dinamo"nun heyətində bütün turnirlərdə 27 matçda çıxış edib, 30 qol buraxıb və 9 dəfə qapısını təmiz saxlayıb. Əl-Şəbab hazırda Səudiyyə Ərəbistanı milli çempionatında altıncı yerdədir. Klubun aktivində 29 xal var və ilk üçlükdən 8 xal geri qalır.

Seçilən
6
90deqiqe.az

1Mənbələr