AZ

Rusiya hava yollarına məxsus təyyarə Xəzər dənizi üzərində həyəcan siqnalı verib

Moskva, 29 yanvar, AZƏRTAC

Dubaydan Moskvaya uçan və Xəzər dənizi üzərində həyəcan siqnalı verən Rusiyanın “Pobeda” hava yollarına məxsus təyyarə Həştərxanda eniş edib.

Bu barədə AZƏRTAC aviasiya xidmətlərinə istinadla xəbər verir.

“Flightradar24” xidmətinin məlumatına görə, həyəcan siqnalından sonra təyyarə enməyə başlayıb, lakin sonra marşrut üzrə hərəkətini davam etdirib. Son məlumatlara görə, layner (hava gəmisi) Həştərxan əyalətində eniş edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
14
50
azertag.az

10Mənbələr