AZ

"Bavariya"nı tərk etmək qərarına gəldi

style='margin-bottom:10px;'>

"Bavariya"nın futbolçusu Matis Tel bu ay klubu tərk etmək istəyir. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

19 yaşlı vinger baş məşqçisi Vensan Kompani ilə danışıqlardan sonra komandada qalmağa qərar vermişdi. Lakin o, son 3 oyunda meydana çıxmadığına görə fikrini dəyişib. Hazırda 7 klub fransalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir. Bunların arasında "Mançester Yunayted, "Tottenhem", "Çelsi" də var. 

Qeyd edək ki, Matis Tel bu mövsüm "Bavariya"nın heyətində 13 oyuna çıxaraq 1 qolun ötürməsini edib. 

Seçilən
7
teleqraf.com

1Mənbələr