AZ

Tələbə kirayə qaldığı evin eyvanından yıxıldı - 3 gün sonra vəfat etdi - FOTO/ÖZƏL

Bakıda təhsil alan tələbə, Yevlax rayon sakini 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə 3 gün öncə baş verib. 
 

Yevlax rayon sakini Səbinə Rövşənqızı Bakı şəhərində yerləşən Tibb Universitetinin nəzdində fəaliyyət göstərən tibb kursunda oxuyurmuş. 


Tələbə dərsdən gəldikdən sonra paltarlarını sərmək istəyən zaman kirayə qaldığı binanın  altıncı mərtəbəsindən yıxılıb. O, dərhal xəstəxanaya yerləşdirilib. 

3 gün komada qalan gənc qadın yanvarın 29-da vəfat edib. Mərhumun nəşi bu saatlarda Yevlax rayonuna gətirilib.

Onu da qeyd edək, S. Rövşənqızının anası Yevlaxdakı musiqi məktəbində müəllimə işləyir.


Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu

Seçilən
5
bizim.media

1Mənbələr