AZ

AŞPA Monitorinq Komitəsinin Gürcüstanda yeni seçkilərin keçirilməsi tələbi qəbuledilməzdir - “Gürcü Arzusu”

AŞPA Monitorinq Komitəsinin Gürcüstanda yeni seçkilərin keçirilməsi tələbi qəbuledilməzdir.

“İki sahil” xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri, “Gürcü Arzusu”nun üzvü Tea Tsulukiani qurumun iclasında çıxışında bildirib.

Tsulukiani xatırladıb ki, Monitorinq Komitəsi Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini müəyyən şərtlərlə tanıyıb.

O, bəzi şərtləri problemli hesab etdiklərini vurğulayıb. Tsulukianinin sözlərinə görə, “Gürcü Arzusu” hökuməti və onun 1 100 000-dən çox seçicisi sülhü qoruyur: "Heç kimə ölkədə qeyri-sabitlik yaratmağa imkan verilməyəcək".

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, “xarici agentlər” haqqında qanunun ləğvi tələb olunub. Tələblər yerinə yetirilənədək AŞPA-da Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.

Seçilən
21
ikisahil.az

1Mənbələr