AZ

Trampdan çıxarılacaq işçilərə təklif: 8 aylıq maaş...

ABŞ Prezidenti Donald Tramp demək olar ki, bütün federal işçilərə satınalma paketləri təklif edib.

Axar.az xəbər verir ki, bu barədə “BBC Nyus” məlumat yayıb.

Belə ki, işçilərə işdən çıxarılmaq üçün səkkiz aylıq maaş təklif edilib. Bu, hökumətin ixtisarlara və islahatlara yönəlmiş mühüm addımı hesab edilir.

Qeyd olunur ki, işçilərə təklif barədə düşünmək üçün fevralın 6-na kimi vaxt verilib. Bu vaxta qədər onlar sentyabrda istefa verməyə razılaşsalar, işdən çıxma müavinəti olaraq səkkiz aylıq maaşlarını alacaqlar.

Tramp administrasiyası işçilərin 10%-ə qədərinin təklifi qəbul edəcəyini gözləyir. Bu isə təxminən 200 min işçinin işdən çıxarılması deməkdir.

Yüksək vəzifəli rəsmilər ABŞ mediasına bildiriblər ki, geri satınalmalar hökumətə 100 milyard dollara qədər qənaət edə bilər.

Seçilən
4
axar.az

1Mənbələr