Ukrayna hərbi və iqtisadi dəstək istəyir, bu səbəbdən Xorvatiya Kiyevə 12-ci yardım paketini göndərəcək. Manset.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ukraynalı həmkarı Denis Şmıhalla birgə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Ukrayna Xorvatiya qoşunlarının döyüş bölgəsinə göndərilməsini tələb etmir. Bununla belə, Zaqreb Ukrayna Ordusuna yardımı davam etdirəcək.