AZ

“Hotelin müdiri “heç kimi oyatmayın” dedi”

Yanvarın 21-də Türkiyənin Bolu vilayətinin Kartalkaya xizək mərkəzində yanğın olan “Grand Kartal” hoteli ilə bağlı daha bir iddia ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, hoteldə işləyən və yanğın zamanı atası ilə işdə olan Tuni Urhan gecə baş verənləri danışıb.

Mətbəxlə restoran arasında keçidin olduğunu bildirən Urhan, “Qapıdan çıxanda artıq partlayış oldu. O alovların çıxdığı yerin düz qarşısında idik, uzağa getməyə imkanımız yoxdur. Bu zaman yenə partlayış oldu”, - deyib.

Tuni Urhan çölə çıxmağı bacardıqdan sonra hoteldə olan atasına zəng edərək yanğın olduğunu bildirib. Onun sözlərinə görə, atası və onunla işləyən şəxslər yanğından xəbərdar olmayıblar.

“Hotel müdiri deyir ki, heç kəsi yuxudan oyatmayın və yanğın siqnalını söndürün. Ümumiyyətlə, müştərilər siqaret çəkdiyi üçün otaqlarda yanğın siqnalları söndürülür. Hoteldə tüstü sensoru yox idi. Hotel müdiri Zeki bəy “Heyətləri oyandırın, yarısı mətbəxə, digər yarısı dayanacağa gedib müştərilərin maşınlarını park etsin”, - deyə T. Urhan əlavə edib. /Qafqazinfo/

Seçilən
17
7
turkustan.az

10Mənbələr