AZ

"DeepSeek" oğurlanmış texnologiyadan istifadə edib - ABŞ Ticarət Katibliyinə namizəd

Çin şirkəti DeepSeek öz süni intellekt (AI) chatbot yaratmaq üçün oğurlanmış ABŞ texnologiyasından istifadə edib.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Ticarət Katibliyinə namizəd Hovard Lutnik deyib.
Latnik bəyan edib ki, Amerikanın yeni administrasiyası süni intellekt sahəsində inkişafları intensivləşdirmək üçün ABŞ-dakı alimlərə müraciət etməlidir.
“Biz onların patentlərin alınması və qorunması sahəsində imkanlarını gücləndirməliyik. Biz süni innovasiya modelini inkişaf etdirməliyik və əsas innovasiyaların Amerikalı olmasını təmin etməliyik”, - deyə Ticarət Departamentinin rəhbəri vəzifəsinə namizəd davam edib.
Onun sözlərinə görə, kibertəhlükəsizlik və süni innovasiyalar sahəsində standartlara ehtiyac var.

Yanvarın 20-də Çin şirkəti DeepSeek, ABŞ-ın OpenAI şirkətinin ChatGPT-nin təkmil versiyasını üstələdiyini iddia etdiyi R1 chatbotunun yeni versiyasını buraxıb.

Seçilən
5
ucnoqta.az

1Mənbələr