Bakı, 29 yanvar, AZƏRTAC
Seçkilərin nəticələri olaraq tam formalaşmış bələdiyyələrin sayı 413-dür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, tam formalaşmış bələdiyyələr üzrə namizədlərin sayı isə 4801 nəfərdir.