Salyanda DƏHŞƏT: bir ailənin 4 üzvü öldü
Salyan rayonunda ölümlə nəticələnən qəza baş verib.
Qlobal.net APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil idarəetməni itirməsi nəticəsində kanala aşıb.
İlkin məlumatlara görə, hadisə zamanı bir ailənin 4 üzvü ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub.
Qlobal.net Report-a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Aqil Amil oğlu, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüb.
Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.
Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.