AZ

Ana oğlunun ölüm xəbərinə dözmədi

Lənkəranda ana və oğul eyni gündə vəfat edib.

Axar.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Lənkəran sakini, Seyran Cəfərli Bakı şəhərində dünyasını dəyişib. Övladının ölüm xəbərini eşidən ana Məhrəba Cəfərova da həyatını itirib.

Ana və oğul bu gün Lənkəran rayonunda dəfn olunublar.

Qeyd edək ki, Seyran Cəfərli Lənkəran rayonunun A.Əliyev adına Havzava kənd tam orta məktəbinin direktoru Fikrət Cəfərovun və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Hirkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüstəm Cəfərovun qardaşıdır.

Seçilən
11
axar.az

1Mənbələr