AZ

Məşhur kinorejissor film çəkməkdən imtina edir

Məşhur

Tanınmış kinorejissor Kventin Tarantino film çəkmək istəmir. Amerikalı məşhur rejissor deyib ki, filmlər üçün qısa buraxılış pəncərəsi onu çox qəzəbləndirib.

Reyting.az
"Deadline" nəşrinə istinadla xəbər verir ki, 2019-cu ildə lentə aldığı, həmçinin təkcə ABŞ-da deyil, xarici ölkələrdə də çoxsaylı tamaşaçı rəğbətini qazanmış məşhur "Bir dəfə Hollivudda..." filminin nümayişindən sonra Kventin Tarantino film çəkməyə tələsmədiyini deyib.

Neçə gündür ki, davam edən "Sundance" müstəqil filmlər festivalına qatılan çoxlu sayda iştirakçıların qarşısında çıxış edən 61 yaşlı amerikalı rejissor səbəb kimi iki azyaşlı uşağının olmasını, həmçinin filmin qısa buraxılış pəncərəsi qaydasından çox məyus olduğunu bildirib. O, yeni filmlərin qısa müddətdə kinoteatrlardan müxtəlif telekanallara ötürülməsini və tezliklə də nümayiş etdirilməsindən şikayətlənib.

Rejissorun sözlərinə görə, hər bir yaradıcının işi layiqincə maddi və mənəvi cəhətdən öz qiymətini almalıdır. Tarantino məhz baş verən bu prosesi “qısa buraxılış pəncərəsi sistemi” adlandırıb.

"Mən 30 ildir ki, filmlər çəkirəm və onları indi yenidən çəkməyə tələsmirəm", - deyə Tarantino bildirib. O, gələn il səhnəyə qoyulacağına çox ümid etdiyi bir pyes yazdığını da qeyd edib. Rejissor deyib: "Əgər bu da uğurlu alınarsa, ola bilsin, bu, mənim son filmim də ola bilər".

Kinodan digər yaradıcı sahələrə, xüsusən də teatra keçidini izah edən amerikalı rejissor kinoteatrlardakı filmlərin qısa buraxılış tarixlərindən söz açıb və bu ənənəni yaradan ABŞ kinoteatrlarını ittiham edib.

"Axı bu nə cəfəngiyyatdır? Bir film artıq dörd həftədir ki, kinoteatrlardadır, ikinci həftədə isə onu televizorda izləmək olar. Mən bu cür cüzi gəlir əldə etməkdən ötrü kinoya çəkilməmişəm", - söyləyən nüfuzlu mükafatların laureatı çox əsəbiləşib.

Oqtay QORÇU
Seçilən
0
28
reyting.az

10Mənbələr