AZ

Ögey ana üç yaşlı qızı paltaryuyan maşında boğdu — FOTO

Braziliyada dəhşətli faciə baş verib .Üç yaşlı İzabel Oliveyra Asunsao paltaryuyan maşında boğularaq ölüb.

Bu barədə "Mirror" məlumat yayıb.

Nəşr qeyd edib ki, hüquq-mühafizə orqanları hadisəyə görə İzabelin ögey anasını ittiham edirlər.

“Ögey ana İzabelin boğulması üçün hər şeyi əvvəlcədən planlaşdırıb”, - deyə nəşr qeyd edib.

İstintaqın versiyasına görə, qadın paltaryuyan maşının yanına balaca stul qoyub, qızın oyuncaqlarını suya atıb və onu yarım saat hazırlanmış bu tələ ilə tək qoyub. Nəticədə nəzarətsiz qalan İzabel oturacağın üstünə çıxaraq oyuncaqlarını görüb, onlara tərəf uzanıb və suya düşüb.

“Müttəhim qurbanın ölümünə səbəb ola biləcək riski əvvəlcədən görüb və qəsdən bu riski yaradıb. O, içi su ilə dolu paltaryuyan maşının qarşısına plastik stul qoyub”, - deyə "Mirror" prokurordan sitat gətirib.

Məhkəmə müəyyən edib ki, İzabelin ögey anası əri ilə vaxt keçirməsinə mane olduğu üçün uşaqdan xilas olmaq istəyib. Uşaq hər həftə bir neçə gün atasının evinə gəlirmiş. Qalan vaxtlarda isə doğma anası ilə olurmuş.

İttiham olunan qadının vəkilləri hadisədə heç bir qəsdin olmadığını iddia edirlər. Buna baxmayaraq, ittiham tərəfi hesab edir ki, bütün bu arqumentlər uşağın paltaryuyan maşının yanında 30 dəqiqə tək qoyulması faktı qarşısında aciz qalır. (Bakupost.az)

Seçilən
9
demokrat.az

1Mənbələr