AZ

Göyərtədən yıxılan sərnişinin axtarışları nəticə vermədi

Fin körfəzində "Victoria I" gəmisinin göyərtəsindən yıxılan kişinin axtarışları nəticə verməyib.

Teleqraf.com xəbər verir ki, məlumatı Finlandiyanın dəniz xilasetmə xidməti yayıb.

İnsident yanvarın 29-da Helsinki yaxınlığında baş verib. Sərnişinin dostları onu tapa bilmədikdə gəmi ekipajına müraciət ediblər. Müşahidə kameralarından kişinin suya yıxıldığını öyrənmək mümkün olub.

Axtarışlara sərhədçi vertolyotları, patrul kateri, eləcə yaxınlıqdakı gəmilər cəlb olunsa da, onu tapa bilməyiblər.


Müəllif: Teleqraf.com
Seçilən
23
teleqraf.com

1Mənbələr