1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyalı keçmiş tennisçi Anna Kurnikova iki ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Qəzet Mayamidəki "Bal Harbor" ticarət mərkəzində 43 yaşlı keçmiş tennisçinin bir neçə fotoşəkilini dərc edib. Kurnikova sağ ayağında ortopedik çəkmə ilə əlil arabasında olub.
Kurnikovanı iki qızı - yeddi yaşlı Lüsi və dörd yaşlı Mariya, eləcə də bir neçə dostu müşayiət edib.
Xatırladaq ki, Kurnikova 2001-ci ildən ispan müğənni Enrike İqlesias ilə münasibətdədir.