"Son 10 ildə Afrikada terror hücumları 400% artıb".
Parol.az xəbər verir ki, bu barədə Əlcəzair XİN-i məlumat yayıb.
Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Əlcəzair Xarici İşlər Nazirliyinin rəhbəri Əhməd Attaf deyib ki, qitədə terrorla bağlı ölümlərdə isə 237% artım müşahidə olunur.