AZ

Kobaxidze AŞPA-nın təkrar seçkilərlə bağlı qətnaməsini “absurd” adlandırdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkədə yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsini absurd adlandırıb.

 

Bu barədə o, “İmedi” telekanalına müsahibəsində bildirib.

 

“Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu həm Brüsselə, həm də Strasburqa aiddir. Bunun başqa bir təzahürü isə ədalətsizlikdən çox, tamamilə absurd qərar olmasıdır”, - deyə o qeyd edib.

 

Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb. Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim “Gürcü arzusu” partiyasının üzvü Tea Tsulukianinin sözlərinə görə, Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da ümumiyyətlə tanınmamasını istəyiblər, lakin qurum etimadnamələri tanıyıb, amma müəyyən şərtlərlə, bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsidir: “Bütün qeyd olunanları nəzərə alaraq, biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri, Strasburq və Tbilisidə müzakirələr apardıq və “Gürcü Arzusu” komandasının ümumi qərarı ilə, səlahiyyətlərimizin təsdiq olunmasına baxmayaraq, bu gündən etibarən Parlament Assambleyasında işi dayandırırıq”.

Seçilən
11
20
senzor.az

10Mənbələr