2024-cü ildə Türkiyəyə idxal edilən Rusiya nefti rekord həcmə çatıb...
Poliqon RBK-ya istinadən xəbər verir ki, bu barədə Kpler analitik şirkəti məlumat yayıb.
Ötən il Türkiyə Rusiyadan neft tədarükünü 36% artıraraq sutkada 323 min barelə çatdırıb. 2022-ci ildə müəyyən edilmiş əvvəlki rekord sutkada 254 min barel idisə, 2023-cü ildə tədarük 6% azalaraq sutkada 237 min barel olub.
Məlumata əsasən Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) Rusiya neftinin rekord idxalını təsdiqləyib. Keçən ilin 11 ayı ərzində satınalmaların həcmi 15,4 milyon ton təşkil edərək, 2022-ci ilin rekord göstəricisi olan 12 milyon tonu əhəmiyyətli dərəcədə üstələyib.
Ekspertlərin fikrincə, Rusiya neftinin tədarükünün artmasında əsas amil Türkiyə tərəfinin enerji qovşağına çevrilmək və endirimlə alınan enerji resurslarını yenidən satmaqla gəlir əldə etmək istəyidir.
Qeyd edək ki, yanvarın 28-də Reuters Agentliyi Çin və Hindistanın Rusiya neftinin alışını dayandırdığını bildirib.
Poliqon.info