Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dəri materialından olan ünvanlı qovluqların alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Qeyd edilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 51 999 AZN olub.
Cabir Həsənov
Tarix: 30 Yanvar 2025, 08:17