Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər udilərdən qorxub, alban kilsəsini tanımaq istəmirlər” adlı veriliş efirə gedib.
Medianews.az xəbər verir ki, verilişdə Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili ermənilərin alban kilsələrini talan edərək saxtalaşdırmasından söz açıb.
O bildirib ki, 1836-cı ildən sonra ermənilər alban kilsələrini talamağa başlayıblar: “Onlar alban kilsələrində olan tarixi, dini kitabları məhv etmək üçün rus çarından icazə alıblar. Albanlara aid mühüm tarixi sənədləri Eçmiədzin və Matenadaranda gizlədiblər”.
Onun sözlərinə görə, Sinayda tapılan alban dilində 315 səhifəlik “Palimpsest” kitabı erməni yalanlarını ifşa edib: “Ermənilər udilərdən qorxub alban kilsəsini tanımaq istəmirlər. Ermənilər saxtalaşdırmaq üçün qaydadan kənar çıxaraq kilsələrin hər divarına xaç vurublar. Alban xaçı əsas fərqləndirən elementdir, erməni xaçından fərqlidir. Alban kilsələri bəzəksiz, qurbangahı alçaq olurdu”.
Dini icma sədri diqqətə çatdırıb ki, Ermənistanda yaradılan qondarma udi icmasında udilər yox, ermənilər yığışıb: “Udilər vaxtı ilə ermənilərdən kömək istəyib, amma onlar üz çevirdilər. Ermənilər udi adlarını, tarixini saxtalaşdırmaq, məhv etməyə çalışblar”.
Marşal Baqramyanın erməni dilini bilmədiyi üçün Silikovu öldürdüyünü deyən R.Mobili sonda vurğulayıb ki, erməniləri alban kilsəsinin bərpası qorxuya salıb: “Erməni kilsəsinin Qafqaza aidiyyəti yoxdur. Qəbələnin Nic kəndindəki alban kilsəsinə ən çox azərbaycanlılar gəlir”.