Əsrlərlə zülmə, təxribata, xurafata məruz qalmış Peyğəmbər Əhli - Beytini öz çirkin siyasətinə, xəbis niyyətlərinə alət, qalxan, sipər edəndən xain kim ola bilər? Təsəvvür edin ki, Əhli - Beyt hələ də əsirdir. O zaman Yezid əsir etmişdi, indi də fars ideoloqlarının əsiridir. O müqəddəs simaları istədikləri kimi istismar edirlər, təhqir edirlər, adlarına min cür nağıl - rəvayətlər qoşurlar...
Peyğəmbərin Əhli - Beytini fars Sasani qalıqlarının əsarətindən azad etmək üçün dünya müsəlmanları, islami təşkilatlar səfərbər olmalıdır. Qurandan sonra ikinci böyük dəyər olan Əhli-Beytin müqəddəs obrazını, irsini fars-erməni şovinizminə, Sasani ideolojisinə qurban vermək olmaz. Bu Allaha üsyan və İslamdan üz döndərməkdir.
Suriyada Həzrət Zeynəbin türbəsinin zirzəmisində fars narkobaronların spirtli içki və narkotik fabriki təşkil etmələrini bütün beynəlxalq təşkilatlar qeydə aldı.
Peyğəmbər Əhli - Beytinin yarısını açıqdan yarısını da dolayı yolla təhqir edirlər, istismar edirlər. Dinin içinə girib, zahirən müsəlman maskası geyib İslamı məhv edirlər və müsəlmanlar arasında nifaq, fitnə salırlar. Bəyəm bunu həm tarixdə həm də indi görməyən, bilməyən var?
Tural İrfan, MCP sədrinin müavini