AZ

“Qarabağ” “Olimpiakos”la üz-üzə

“Qarabağ” bu gün UEFA Avropa Liqasında sonuncu oyununu keçirəcək.

Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

Liqa mərhələsinin VIII turunun oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Görüşün baş hakimi rumıniyalı Radu Petresku olacaq.

Qeyd edək ki, növbəti mərhələ şansını itirən “köhlən atlar” 3 xalla 34-cü pillədə qərarlaşıb. Pley-offa vəsiqəni təmin edən meydan sahibləri 12 xalla 12-ci sıradadır. Yunanların 1/8 final mərhələsinə yüksəlmək şansları da davam edir.

Seçilən
7
39
msport.az

10Mənbələr