Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb.
OXU24.COM xəbər verir ki, MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunları ilə bağlı brifinqdə bildirib: “1 589 178 nəfər səs verib. 1 580 532 bülleten sayılıb”.
M.Pənahov qeyd edib ki, 118 seçki dairəsi üzrə 5 846 seçki məntəqəsinin 4 872-si artıq hesabat verib.
Onun sözlərinə görə, lider namizədlərin sayı 7 791 nəfərdir. M.Pənahov vurğulayıb ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir.
Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb.